Müəlliflər üçün təlimat
Təqdim olunan məqalənin tərtibat qaydaları
“Şərq fəlsəfi problemləri” jurnalında dərc olunmaq üçün göndərilən məqalələrin mətni elmilik, dizayn və struktur baxımdan ciddi yoxlamadan keçir. Odur ki, müəllif qarşısında tədqiqatın dəqiq müəyyən edilmiş məqsədi ilə yanaşı problemi əhatə edən elmi əsər hazırlamaq vəzifəsi durur. Məqalənin tələblərə cavab verməsi üçün müəllif aşağıdakı struktur qaydalarına əməl etməlidir:
Məqalənin baxılma proseduru:
• Məqalələr jurnalın saytından www.journalorientalphilosophy.org) “məqalə göndər” bölümünə göndərilməlidir.
• Təqdim olunmuş məqalələr əvvəllər dərc olunmamalı, baxılmaq və başqa jurnalda və nəşrdə dərc edilmək üçün təqdim edilməməlidir.
• Mətnin orijinallığı məqalənin həcminin ən azı 80 %-ni təşkil etməlidir.
• Məqalələr plagiat yoxlamasından keçdikdən və rəyçilərin anonim rəyindən sonra redaksiya heyətinin qərarına əsasən çapa qəbul edilir.
• Jurnalda xarici ölkələrdən daxil olan məqalələrin çapına da yer verilir.
• Jurnal yalnız öz profilinə uyğun məqalələri dərc edir.
Məqalələrin tərtibat qaydaları:
• Jurnalda dərc olunmaq üçün məqalələr müəyyən edilmiş tələblərə uyğun formatlaşdırılmalıdır:
• Həcmi 12-15 səhifə olan və 25 səhifədən çox olmayan məqalələr nəşrə qəbul edilir.
• Məqalələr Microsoft Word redaktoru vasitəsi ilə aşağıdakı parametrlərə uyğun olaraq hazırlanmalıdır:
vərəq formatı: A 4;
vərəq oriyentasiyası – portret;
kənarlar – 2 sm;
şrift: Times New Roman;
şriftin ölçüsü – 12 xal;
sətir aralığı – 1,5;
eninə düzəliş;
absaz – 1 sm.
Yazılarda sözlərdə abbreviaturaya (ixtisar) yol verilmir.
Məqalələrin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalar və s. istinadlara üstünlük verilir.
Müəllif (lər) haqqında məlumatlar:
• Müəllifin soyadı, adı və atasının adı;
• elmi adı;
• elmi dərəcəsi;
• təhsil müəssisəsinin və ya elmi təşkilatın adı (tam şəkildə verilməlidir);
• ali təhsil müəssisəsinin və ya iş yerinin tam ünvanı;
• vəzifəsi və iş yeri;
• poçt indeksi;
• ölkə, şəhər (qısaltmalara icazə verilmir);
• əlaqə üçün e-mail ünvanı;
• ORCİD indeksi;
Bu məlumatlar azərbaycan, ingilis və rus dillərində tərtib olunmalıdır.
Müəllif (lər)in adı kiçik hərflərlə sətirüstü, yağlı kursivlə yazılmalıdır. Məlumatların qalan hissəsi – yeni sətir, kiçik hərflər, kursiv ilə yazılır və sağa meyilli halda uyğunlaşdırılır.
Məqalələrin adı:
Düzgün seçilmiş məqalə başlığı strukturun vacib hissəsidir. O, mövzunun aid olduğu sahəni tam əhatə etməlidr. Məqalələrin adı 10 (on) sözdən artıq olmamalı və məqalələrin məzmununu özündə əks etdirməlidir. Həmçinin məqalələrin adları azərbaycan, ingilis və rus dillərində təqdim olunmalı və böyük hərflərlə qalın şriftlə ortada yazılmalıdır. Nəzərə alınmalıdır ki, məqalələrin adlarının sonunda nöqtə qoyulmur.
Xülasə:
Məqalələr müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni və məqalənin məzmununa uyğun olmalıdır. Xülasə məqalənin məzmununu qısa şəkildə ifadə etməlidir. Problemin mahiyyətini tez qavramağa kömək etmək üçün tədqiqatçı məqsəd və vəzifələrini lakonik şəkildə ifadə etməlidir. Xülasə azərbaycan, ingilis və rus dillərində yazılmalıdır. Xülasələr 200 sözdən çox (450 işarədən az və 600 işarədən çox) olmamalıdır. Kiçik hərflərlə, adi şriftlə yazılmalıdır. Sıralama eninə, paraqrafsız olmalıdır. Xülasə üçüncü şəxsin adından yazılmalıdır.
Açar sözlər və ifadələr:
Açar sözlər və ifadələr məqaləni qiymətləndirmək və axtarmaq üçün istifadə edilə bilən sözlər və ya ifadələrdir. Onlar bir məqalənin digərindən necə fərqləndiyini və hansı sahəyə aid olduğunu tez başa düşməyə imkan verir. Açar sözlər azərbaycan, ingilis və rus dillərində yazılmalıdır. Açar sözlər və ifadələr vergüllə ayrılır. Onlar kiçik, normal şriftlə yazılmalıdır. Sıralama eninə və abzastsız olmalıdır. Açar sözlər və ya ifadələr 5-10 sözdən ibarət olmalıdır.
Məqalələrin əsas hissəsi aşağıdakı struktur elementlərə bölünür:
Giriş:
Bu məqalənin birinci bölməsidir. Burada müəllif problemi dəqiq ifadə etməli, tədqiqatın aktullığını, qarşıya qoyduğu məqsəd və vəzifələri təsvir etməlidir. Həmçinin tədqiqatın unikallığına və yeniliyinə diqqət yetirməlidir.
Mövzunun işlənmə dərəcəsi:
Məqalələrin redaksiya heyətində üstünlüklərə malik olması üçün müəllif digər müəlliflərin əsərlərində bu mövzuda apardığı tədqiqatlara toxunmalı və fərqli cəhətləri qeyd etməlidir.
Metod və metodologiya:
Burada müəllif məqsədinə çatmaq üçün tədqiqatda istifadə olunan metodları təsvir etməlidir.
Əsas mətn:
İşin ən vacib hissələrindən biridir. Burada müəllif tədqiqatın gedişatını təhlil etməli, əldə etdiyi nəticələri digər alimlərin nailiyyət və nəticələri ilə müqayisə etməlidir. İstifadə edilmiş mənbələrə istinad edərək məqaləni xronoloji, tematik və metodoloji ardıcıllıqla tərtib etməlidir. Tədqiqatın üstünlüklərini və mənfi cəhətlərini nəzərdən keçirməlidir.
Nəticə:
Müəllif əsəri bütövlükdə və ona uyğun gələn nəticələri düzgün və yığcam şəkildə ifadə etməlidir.
Tövsiyyə və təkliflər:
Sonda müəllif tədqiqatdan əldə etdiyi nəticələri praktikada istifadə etmək variantını təklif etməlidir.
İstifadə olunan mənbələr:
Bu bölüm hər bir məqalənin məcburi tərkib hissəsidir. Buraya müəllif əsəri yazarkən istifadə etdiyi bütün mənbələri daxil etməlidir. Məqalə müəllifinin əsas vəzifəsi tələblərə uyğun olaraq istinadların siyahısını ciddi şəkildə əlifba sırası ilə tərtib edib nömrələnir.
İSTİNAD VƏ ƏDƏBİYYATIN TƏRTİBAT QAYDALARI
İstifadə edilmiş ədəbiyyat və onlara edilən istinadlar APA formatı qaydalarına uyğun tərtib edilməlidir.
APA - "American Psychological Association" ifadəsinin qısaldılmış baş hərfləridir. Bu format, Amerika Psixologiya Assosiasiyası tərəfindən yaradılmışdır. Adətən bu formatdan ictimai və sosial elmlərdə, akademik yazılarda istifadə olunur.
APA qaydasından istifadə zamanı aşağıdakı 5 əsas məqama diqqət yetirmək lazımdır:
• Müəllif adları: APA stilində müəlliflərin soyadı, ardınca ad və ata adının baş hərfləri yazılır. Məsələn, Cəbrayılov, M.S.
• Yayım tarixi: Mötərizə içində il göstərilir. Daha dəqiq tarix (gün və ay) lazımdırsa, il, ay və gün sırası ilə verilir. Məsələn, (2022, November 4).
• Əsər adı: Kitab və məqalə adları yalnız ilk hərfi böyük olmaqla italik (kursiv)formatda yazılır.
• Yayım məlumatı: Kitablar üçün nəşriyyatın adı göstərilir; jurnal məqalələri üçün isə jurnal adı, nömrə və səhifə aralığı qeyd olunur.
• Elektron mənbələr: İnternetdən götürülən mənbələr üçün "Retrieved from" ifadəsindən sonra URL əlavə edilir. “Retrieved from" ifadəsi, internet mənbələrindən məlumat alındığını göstərmək üçün APA formatında istifadə olunur. Bu ifadədən sonra həmin məlumatın tapıldığı URL ünvanı qeyd edilir. Bu, oxucuya həmin məlumatı onlayn olaraq haradan əldə edə biləcəyi bildirir. Burada "retrieved" (əldə edilmiş) ifadəsi istifadə edildiyi tarixə qədər bu mənbəyə həmin URL vasitəsi ilə daxil olmağın mümkün olduğunu göstərir. Məsələn, internetdə yerləşdirilən bir məqaləyə APA formatında istinad edərkən aşağıdakı kimi yazılır:
"Retrieved from" ifadəsindən sonra mənbənin URL ünvanı əlavə edilir, beləliklə, oxucu həmin linkə daxil olaraq məqaləni oxuya bilər.
Oxfam International. (2022). Working for the few: Political capture and economic inequality (Oxfam Briefing Paper 178). Retrieved from https://www.oxfam.org
Yuxarıda göstərilən şərtlərə uyğun olmayan məqalələr redaksiya heyəti tərəfindən qəbul edilmir.