ISSN: 2219-7370; 2291-2345
ŞƏRQ FƏLSƏFƏSİ PROBLEMLƏRİ JURNALI Jurnal Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən nəşr edilir
JOPh Journal » Xəbərlər » “Sərq Fəlsəfəsi Problemləri” beynəlxalq elmi-nəzəri jurnalının XXX yubiley sayı

“Sərq Fəlsəfəsi Problemləri” beynəlxalq elmi-nəzəri jurnalının XXX yubiley sayı

29-12-2023, 10:21
4
0
Otuz ilə yaxın bir müddət ərzində Azərbaycanda fəlsəfə elminin inkişafına öz töhfəsini verən “Şərq Fəlsəfəsi Problemləri” beynəlxalq elmi-nəzəri jurnalının 2024-cü ilin birinci yarımilində 30-cu yubiley sayı nəşr olunacaqdır.
Redaksiya Şurasının üzvləri və Şərq fəlsəfəsi problemləri ilə məşğul olan çoxsaylı xarici ölkələrin və Azərbaycanın fəlsəfə sahəsində tədqiqatla məşğul olan alimləri öz dərin məzmunlu, aktual elmi məqalələri ilə jurnalın elmi nüfüzunun artırılmasında, aktual fəlsəfi problemlərin nəinki elmi ictimaiyyətə, həmçinin geniş oxucu kütləsinə çatdırılmasında əvəzolunmaz xidmətlər göstərmişlər. Heç də təsadüfi deyil ki, bu jurnala olan elmi maraq həm respublikamızda, həm də xarici ölkələrdə daim artmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Kitab Mübadiləsi Fondu vasitəsi ilə “Şərq Fəlsəfəsi Problemləri” jurnalı mütəmadi olaraq xarici ölkələrin, o cümlədən Amerika Birləşmiş Ştatlarının Konqres Kitabxanasına göndərilir.
Ümidvarıq ki, Redaksiya Şurasının üzvləri və Şərq fəlsəfəsi ilə maraqlanan alimlər “Şərq Fəlsəfəsi Problemləri” elmi-nəzəri jurnalının 30-cu yubiley sayına məqalələrini göndərməklə jurnalın elmliyinin və aktuallığının daha da zənginləşdirilməsinə kömək edəcəklər.
Hörmətlə, “Şərq Fəlsəfəsi Problemləri” elmi-nəzəri jurnalının Redaksiya Heyəti
Bakı – dekabr 2023-cü il